Ι Azərbaycan Ι AZN

Haqqımızda

TİENS

 

Tiens Group 1995-ci ildə Çin Xalq Respublikasının Tianjin şəhərində yaradılmış beynəlxalq şirkətdir. Şirkətin təsisçisi çinli sahibkar Li Jinyuan olmuşdur. Yarandığı ilk illərdə Tiens əsasən sağlamlıq və qida əlavələrinin istehsalı ilə məşğul olurdu. Qısa müddət ərzində şirkət fəaliyyətini genişləndirərək beynəlxalq bazara çıxmağa başlamışdır. 1997-ci ildən etibarən Tiens xarici ölkələrdə rəsmi şəkildə fəaliyyət göstərməyə başlamış və qlobal genişlənmə mərhələsinə qədəm qoymuşdur.  

 

Bu gün Tiens dünyanın 190-dan çox ölkəsində fəaliyyət göstərir və 110-dan artıq ölkədə rəsmi nümayəndəlikləri var. Şirkətin istehsal etdiyi məhsullar əsasən bioloji fəal qida əlavələri, vitamin və mineral kompleksləri, kosmetik vasitələr, eləcə də bəzi məişət və sağlamlıq təyinatlı məhsullardan ibarətdir. Tianjin şəhərində yerləşən böyük istehsalat və elmi-tədqiqat kompleksi Tiens-in əsas sənaye bazası hesab olunur.

 

Azərbaycanda Tiens şirkəti 2002-ci ildən fəaliyyət göstərməyə başlamışdır. Şirkətin işi sağlamlıq və həyat keyfiyyətinin yaxşılaşdırılması ilə bağlıdır. 

 

İnsanlar TİENSdən 3 formada fayda əldə edə bilərlər:

1) Şirkətin məhsullarının imtiyazlı istifadəçisi olmaq. Bu, yüksək keyfiyyətli məhsulu ciddi endirimlə istifadə etmək imkanı verir. 

2) Müştərilərə məsləhətlər verməklə kiçik istehlakçılar şəbəkəsində əlavə gəlir əldə etmək imkanı.

3) Biznes tərəfdaş olmaq. Şirkətin karyera planına qoşulmaq. Geniş istehlakçılar şəbəkəsini qurmaq və şirkətdən bir neçə gəlir növü əldə etmək imkanı. 

 

İnsanların TİENS şirkətinin karyera planına qoşulmaqlarının ən çox yayılmış səbəbləri: 

1) Mövcud işlə yanaşı əlavə gəlir qazanmaq fürsəti,

2) Sonrakı nəsillərə fəaliyyəti ötürmək imkanı,

3) Şəxsiyətin inkişaf etdirilməsi, komandada çalışmaq imkanı,

4) TİENS şirkəti hesabına turistik səfərlər fürsəti,

5) Yeni insanlarla tanışlıq və ünsiyyət imkanları,

6) Digər insanlara kömək etmək fürsəti,

7) İş vaxtının seçilməsində sərbəstlik,

8) Şəxsi işin qurulması, asılılığın olmaması,

9) Möhkəm sağlamlıq əldə etmək imkanı.

 

Missiyamız

 

Tiens Group fəaliyyətini dörd əsas dəyər üzərində qurur: Sağlamlıq, zənginlik, sülh və inkişaf.

 

Şirkətin missiyası insanların həyat keyfiyyətini yüksəltmək, onlara sağlam yaşam imkanları təqdim etmək, maddi rifah üçün real fürsətlər yaratmaq və cəmiyyətlərdə harmoniyaya töhfə verməkdir. Tiens yalnız məhsul istehsal edən şirkət deyil, eyni zamanda fərdi və sosial inkişafı təşviq edən qlobal bir platformadır.

 

Bu dəyərlər şirkətin bütün fəaliyyət istiqamətlərində — istehsalda, biznes modelində və insanlarla əməkdaşlıq prinsiplərində öz əksini tapır.